Səfil 4 gün lüks oteldə qaldı

6 May 2017 18:37 (UTC+04:00)

AzNews.az xarici KIV-lərə istinadən xəbər verir ki, 61 yaşlı kişi ödəniş etmədən “Grand Hotel”də 4 gün gecəliyib. Hotelin personalı onun ödəniş etmədən hoteldən qaçdığı görərək polis çağırıb. Saxlanılan şəxs ifadəsində onun bütün pullarının oğurlandığını deyib. Ona görə ödəniş edə bilmədiyini bildirib. Ödənişi isə bank vasitəsi ilə edəcəyinə söz verib.

Kişini dələduzluq işi üzrə məhkəmə gözləyir.