Məktəbliləri aparan avtobus qəzaya uğradı - 34 ölü

6 May 2017 18:59 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə Assosiated Press agentliyi məlumat yayıb. İçərisində 35 şagirdi və müəllim heyətini Karatu şəhərinə imtahana aparan avtobus Aruşa şəhəri yaxınlığında idarəetməni itirərək ağaclara çırpılıb və uçuruma yuvarlanıb. Hadisə nəticəsində 34 nəfər həlak olub, 4 nəfər ağır yaralanıb.