Kabab dükanı açmaq qadağan edildi

6 May 2017 22:07 (UTC+04:00)

AzNews.az The Guardian nəşrinə istinadən xəbər verir ki, səlahiyyətlilər, şəhərin mədəni irsini və ənənələrini qorumaq üçün dilim pizza satan dükanlar da daxil olmaq üzrə bəzi dükanlara limit qoyub.

Şəhərdəki əl istehsalı dondurma satan dükanların yeni məhdudiyyətlərdən xaric tutulacağı ifadə edilib.

Mövzuyla əlaqədar şərh edən Venesiya turizm rəhbəri Paola Mar Venesiyanın mədəni irsini qorumaq və inkişaf siyasətinə uyğun olmayan bəzi fəaliyyətlərə məhdudiyyət gətirmək istədiklərini qeyd edib.

Kababa və ya başqa bir yeməyə hər hansı bir düşmənçiliklərinin olmadığını söyləyən Mar, "Bizim kimi bir çox turist qəbul edən şəhərlərdə öz şəxsiyyətini, irsini itirmə riski meydana gəlib. Önə çıxarması lazım olan bəzi yerli məhsullarımız var. Bu şəhərin ruhu və davamlılıq üçün də daha yaxşı olacaq" deyə vurğulayıb.

Gəzinti sahələri qurulacaq

Mar turist bölgələrindəki fast food mədəniyyətini seyrəkləşdirmək üçün şəhərdə bəzi gəzinti sahələri yaradacaqlarını planlaşdırdıqlarını söyləyib.

Ötən il İtalyanın şəhəri Veronada yeni kabab dükanı açılması qadağan edilmişdi. Florensiyada isə açılan bütün yeni restoranlarda satılan məhsulların ən azı yüzdə 70-nin yerli olması şərti qoyulmuşdu.