“Vəsiyyət hazırlamışam, ölsəm...” - Niyam Salami

6 May 2017 23:27 (UTC+04:00)

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Niyam Salami "Lider maqazin"ə açıqlamasında deyib.

Sənətçi evini bacısı və qardaşı övladına vəsiyət etdiyini söyləyib:

"Bacılarım da, qardaşlarımın heç bir problemi olmamalıdır. Mən işləyirəm, onlara dayaq oluram. Evlənmək asandır, amma mən bu gün onlara dəstəyəm. Xoşbəxt adamam, hər istəyimi etmişəm. Vəsiyyət hazırlamışam. Ölsəm evim qardaşım və bacım uşağına qalacaq. Onlar baba və nənəmin adını daşıyırlar. Hələ özümün övladım olmasını istəmirəm".

AzNews.az