Bu gün fransızlar yeni prezidentini seçir

7 May 2017 10:45 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, səsvermə artıq başlayıb və fransızlar aktiv şəkildə seçkilərdə iştirak edir.

Qeyd edək ki, Fransada prezident seçkilərinin birinci turu aprelin 23-də baş tutub.

Səsvermənin nəticələrinə görə ikinci tura 24,01% səs toplayan “İrəli” hərəkatının təsisçisi Emmanuel Makron və 21,3% səs toplayan “Milli Cəbhə” partiyasının lideri Marin Le Pen keçib.

Əgər Makron qalib gəlsə Fransanın tarixində ən gənc, Le Pen seçilsə ilk qadın prezident kimi tarixə düşəcək.