“Rəqs edən milyonçu” təndir çörəyinə qonaq oldu - Foto

7 May 2017 13:36 (UTC+04:00)

AzNews.az İstipress-ə istinadən xəbər verir ki, milyonçu İçərişəhərlə tanış olub, Qız qalasının və digər tarixi abidələrin qarşısında şəkil çəkdirib. O, memarlıq qoruğunda gəzərkən Azərbaycanın milli mətbəxinin nümunəsi olan təndir çörəyinin də dadına baxıb. Canluka Vakki fanatları ilə şəil çəkdirməyi də unutmayıb.

Qeyd edək ki, Canluka Vakki öz DJ proqramı ilə Bakı Şopinq Festivalının xüsusi qonağı kimi Bakıya gəlib.

Canluka Vakki sosial şəbəkədə “rəqs edən milyonçu” kimi məşhurlaşıb. Onun 8 milyondan çox izləyicisi var. DJ-in videoları sosial şəbəkələrdə rekord sayda izlənilir.