“Bu meydan meymunlara qalsın?” - Tünzalə

7 May 2017 16:15 (UTC+04:00)

AzNews.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri əməkdar artist Tünzalə Ağayeva "Xəzər maqazin"ə açıqlamasında deyib.

Müğənni bayağı mahnı oxuyanları tənqid edib:

"Savadsız, intelekti olmayan hadisələr baş verir. Buna da "aranjiman, bəstəkarlıq, mahnı" deyilir. Bu biabırçılıq baş alıb gedir. Bunun arxasınca da zövqsüz insanlar gedir. O cür oxuyanlar arxasında yüzlərlə cahil insanı görsə, özünə arxayın olacaq, "sənətkaram, peşəkaram" deyəcək. Onlara demək istəyirəm ki, özünüzü musiqidə möhkəmlətmək, adınızı tanıtmaq istəyirsinizsə, işin dərinliyinə gedin. Mahnını aranjimanı başqasınınkına bənzətməklə iş olmur".