Körpəyə baş nazirin adını qoydular - Foto

7 May 2017 20:12 (UTC+04:00)

AzNews.az Sputnik.az-a istinadən xəbər verir ki, Kanadanın baş nazir Justin Trudeau başqalarını qarşıladığı kimi Bilan ailəsini aeroportda qarşılamayıb.

Lakin Məhəmməd və Əfra baş nazirə "təşəkkürlərini bildirmək" üçün təzə doğulmuş körpələrinə onun adını veriblər. Justin Trudeau Adam Bilan cümə axşamı günü, valideynlərinin yeni məmləkəti olan Calgary şəhərində doğulub. 29 yaşlı Məhəmməd Dəməşqdə bərbər idi. Amma Suriya ordusu onu hədəfə almış və həbs etmişdi. Azadlığa buraxılandan sonra onun ailəsi öyrənmişdi ki, hakimiyyət onu yenə də axtarır və o, yenə həbs edilə bilərdi.

"Burada hər şey fərqlidir, hər şey yaxşıdır — Suriyaya heç oxşamır" deyən Əfra Kanadaya təzə gələndə "bir az narahat" olduğunu qeyd edir: yeni həyat tərzinə, xüsusilə soyuq havaya alışmaq çətin idi.

Amma indi o, ingilis dilində təmiz danışır, Məhəmməd isə dükanda işləyir. Onlar ümid edirlər ki, bir gün balaca Justin Trudeau daha məşhur adaşı ilə tanış olacaq.