Bakının mərkəzində TƏHLÜKƏ

7 Fevral 2013 11:53 (UTC+04:00)
AzNews.az Bakının mərkəzi küçələrindən sayılan Zərifə Əliyeva küçəsində tikinti normalarının kobud şəkildə pozularaq insan həyatı üçün təhlükə yaradılması ilə bağlı vəziyyəti görüntüləyib.

Belə ki, Rabitə İnformasiya Texnologiyaları Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Səbael rayon 39-cu polis bölməsinin yaxınlığında yerləşən binanın üzlük daşlarının dəyişdirilməsi zamanı qaydalara əməl edilmir.

Təmir aparılan binadan ətrafa daş və digər tikinti materiallarının düşməməsi üçün bina narın toxunuşlu dəmir torla əhatə olunmalıdır. İndiki halda isə dəmir tordan istifadə edilmir, bu da binanın altından keçən yolda maşın və insanların hərəkəti üçün təhlükə yaradır. Binadan qopan daş parçaları ətrafa yayılaraq təhlükəni daha da artırır.

Elnarə Əlosmanqızı
AzNews.az