Ermənistanda polislərlə hərbçilər arasında ölümcül dava

8 May 2017 10:15 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, ötən gün axşam saatlarında bir qrup hərbçi 2 polis əməkdaşını döyürək ölümcül hala salıb.

Hadisə Komitas prospektində “Şərq Mətbəxi” restoranın yaxınlığında baş verib. Döyülən polis əməkdaşları yol polisinin baş inspektoru 38 yaşlı Artak Sarkisyan və 32 yaşlı Zoqrab Qalstyandır. Hər iki polis xəstəxanaya yerləşdirilib. Məlumata görə, polislərə hücum edən hərbçilər Müdafiə Nazirliyinin əməkdaşları olub. Onların arasında zabitlər də var.

Bəxtiyar Abbasov

AzNews.az