Güləş üzrə Avropa çempionatı başa çatdı

8 May 2017 11:42 (UTC+04:00)

AzNews.az xəbər verir ki, 75 kiloqram çəki dərəcəsində mübarizə aparan Ruhin Mikayılov ardıcıl olaraq Danimarka və Ukrayna güləşçilərini məğlub edib. Yarımfinalda Rusiya idmançısı Çingiz Labazanova uduzan güləşçimiz bürünc medal uğrunda görüşə haqq qazanıb. Üçüncü yer uğrunda görüşdə onun rəqibi Belarus idmançısı olub. Ancaq görüş güləşçimiz üçün uğurlu alınmayıb. Ruhin Mikayılov çempionatı beşinci sırada tamamlayıb.

Xatırladaq ki, Azərbaycanın sərbəst və qadın güləşçiləri ilk 4 yarış günündə 2 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıblar.