70 minlik oğurluq etdilər - DSK-nın keçmiş üzvünün evindən

8 May 2017 11:49 (UTC+04:00)

"Report"un məlumatına görə, hadisə Masallı rayonunda baş verib.

Belə ki, 70 saylı Masallı şəhər DSK-nın keçmiş üzvü Əbülfəz Talıb oğlu Şahmarovun evindən oğurluq olub. Naməlum şəxs və ya şəxslər Ə.Şahmarovun mənzilindən 50 min manat və 20 min dollar oğurlayıblar.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az