“Ərəb baharı“ yenidən alovlanır

7 Fevral 2013 12:06 (UTC+04:00)



Şükri Belayidin ölümü və müxalifət qüvvələrinin yenidən höumətə qarşı etiraz səsi, nazirlər kabinetini istefaya getməyə məcbur edir. Ölkənin baş nazuiri Həmid Cübeyli dünəndən baş qaldıran etiraz dalğasının sakitləşməyəcəyi təqdirdə, istefa verəcəyini bildirib.

Onun sözlərinə görə, ölkədə partiyasız, vahid bir hakimiyyətin qurulması məsələləri müzakirə edilir.

Şükri Belayidin evinin qarşısında başından güllənməsi təkcə müxalifət üzvlərini deyil, yerli əhalini də dilə gətirib. Dinc əhali hökumət qüvvələrini siyasi oyunlara son qoymağa səsləyir.

Təkcə dünən 10 minə yaxın insan Tunisin paytaxtında etiraz aksiyası keçiriblər. İlkin məlumatlara görə, aksiyalarda 2 nəfər ölüb, onlarla insan yaralanıb.

Ekpertlərin fikrincə isə, ərəb ölkələrində yenidən kütləvi şəkildə inqilab dalğasının yaxınlaşması istisna və təəccüblü hal olmayacaq. Misirdə və Tunisdə başlayan üsyanlar isə bunun bariz nümunəsidir.

Aynur
AzNews.az