İnterpol bu azərbaycanlını axtarışa verib

8 May 2017 20:21 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, Bakı şəhərində anadan olmuş Vaqif Nejvedilov qəsdən adam öldürməkdə təqsirləndirilib.

Azərbaycanın məhkəmə orqanı tərəfindən istintaqdan yayındığı üçün 1970-ci il təvəllüdlü V.Nejvedilovun barəsində həbs qərarı çıxarılaraq axtarış elan olunub. Həmin məhkəmə qərarı ilə də V.Nejvedilov İnterpol vasitəsilə axtarışa verilib.