Qarabağda düşmənin 3 əsgəri öldü

8 May 2017 21:50 (UTC+04:00)

AzNews.az Azvision-a istinadən xəbər verir ki, erməni hərbçilərin olduğu "Vilis" markalı avtomobil su anbarına düşüb.

Qəza nəticəsində sürücü ilə yanaşı iki erməni əsgər suda boğulub.

Cəsədlərdən ikisi saat 20:00 radələrində sudan çıxarılsa da, bir erməni əsgərin cəsədi hələ də axtarılır.

Ölən 3 erməni əsgərin şəxsiyyəti hələ müəyyən edilməyib.