Kənd məktəbinin şagirdi 700 bal topladı - Foto

8 May 2017 22:11 (UTC+04:00)

AzNews.az Azvision-a istinadən xəbər verir ki, rekorda imza atan abituriyentlərdən biri İsmayıllı rayonunun Lahıc qəsəbə orta məktəbinin məzunu Cəbrayılov Vahab Fuad oğludur.

Qeyd edək ki, imtahanda I ixtisas qrupu üzrə 5 abituriyent (İsmayıllı rayonu Lahıc qəsəbə orta məktəbi, Bakı şəhəri 220 saylı məktəb-lisey, Akademik Z.Əliyeva adına lisey, 162 saylı orta məktəb, Gəncə şəhəri 26 saylı Məktəb-Lisey Kompleksinin məzunları), IV ixtisas qrupu üzrə isə 2 abituriyent (Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziya, Bakı şəhəri 287 saylı "Zəkalar" liseyinin məzunları) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.