Yağış-kanalizasiya sisteminin təkmilləşdirilməsi üzrə işçi qrup fəaliyyətə başlayıb

9 May 2017 10:33 (UTC+04:00)

AzNews.az apa-ya istinadən xəbər verir ki, bunu baş nazirin müavini Abid Şərifov deyib. O, işçi qrupun iclasının keçirildiyini bildirib:

“Ümumilikdə, 14 layihənin həyata keçirilməsi planlaşdırılır. Hazırda 12 layihə icra olunur. Bu 12 layihəyə 14 milyon 200 min manat vəsait ayrılıb. Layihələr Bakının bütün ərazilərini əhatə edəcək”.