“Müsəlman qadağası” ifadəsi dəyişdirildi- Trampın rəsmi səhifəsində

9 May 2017 12:44 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Amerika Birləşmiş Ştatları prezidenti Donald Trampın vebsaytında yer alan “müsəlman qadağası” ifadəsi “səyahət qadağası” ifadəsi ilə əvəz olunub.

Amerikalı jurnalist Ağ Evin mətbuat katibi Şon Spayserə ifadənin indiyə qədər niyə dəyişdirilmədiyini sualını verdikdən dərhal sonra ifadə dəyişdirilib.

Şon Spayser ona qarşı ünvanlanan suala vebsaytda nə yazıldığına dair məlumatı olmadığını bildirərək cavab verib.

“Müsəlmanların Amerikaya gəlməsinə qarşı qəti qadağa”nın tədbiq olunması məsələsi Donald Trampın seçki kampaniyası zamanı gündəmdə idi. Tramp prezident seçiləcəyi təqdirdə bu qadağanı tədbiq edəcəyini vəd vermişdi. Lakin daha sonra Ağ Evin siyasətində bu ifadə “səyahət qadağası” ifadəsi ilə əvəz olunmuşdu.

Şon Spayser bildirib ki, hökumət bu məsələyə “səyahət qadağası” kimi müraciət etməkdə qətiyyətlidir.

Bəxtiyar Abbasov

AzNews.az