Türkiyənin kişi həndbolçuları “Bakı-2017”yə qələbə ilə başlayıblar

9 May 2017 13:14 (UTC+04:00)

AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən matç 27:24 hesabı ilə Türkiyə yığmasının xeyrinə başa çatıb.

Hər iki komanda matçın son dəqiqələrini azlıqda keçirib. Görüşün 24-cü dəqiqəsində türkiyəli Pektaş Alp Eren, iki dəqiqə sonra isə mərakeşli İsmaili Alaoui Mehdi oyundan kənarlaşdırılıblar.