AzNews.az "report"a istinadən xəbər verir ki, Qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.
Belə ki, səhər saatlarından başlayan güclü külək məcburi köçkünlərin məskunlaşdığı 5 mərtəbəli, 48 mənzilli binanın dam örtüyünü və bəzi mənzillərin eyvanını uçurub.
Hazırda şəhər ərazisində küləkli hava şəraiti davam edir.