Arif Quliyev səhhətindən danışdı
7 Fevral 2013 12:47 (UTC+04:00)
Xalq artisti Arif Quliyevin səhhəti normallaşıb. APA-nın xəbərinə görə, A. Quliyev müalicəsinin ev şəraitində davam etdiyini deyib: "Həmin gün canlı efirdən qabaq ürəyimdə narahatlıq var idi. Belə olacağını bilmirdim. Hazırda evdə müalicə alıram. Buna görə də, işlərimə bir müddət fasilə vermişəm".
Qeyd edək ki, fevral ayının 5-də ATV telekanalının canlı yayımlanan verilişinə qonaq olan aktyorun qəflətən halı pisləşib. Teleşirkətə təcili tibbi yardım çağırılıb.
AzNews.az