Güclü külək Ucarda ağacları yerindən qopardı - Foto

9 May 2017 18:21 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, külək nəticəsində elektrik enerjisinin təchizatında problem yaranıb. Bundan başqa güclü külək kəndlərdə meyvə ağacları kökündən çıxarıb.

Ucar Paylayıcı Elektrik Şəbəkəsindən bildirilib ki, elektrik enerjisinin təchizatında fasilə güclü külək nəticəsində rayonun əksər yaşayış məntəqələrində elektrik naqillərinin qırılması səbəbindən baş verib. Hazırda problem yaranmış ərazilərdə təmir-bərpa işləri aparılır. Yaxın saatlarında rayonun bütün yaşayış məntəqələri elektrik enerjisi ilə tam təchiz olunacaq.