Aviaşirkət sərnişini Paris yerinə San-Fransiskoya yolladı - Kuryoz (Video)

9 May 2017 22:26 (UTC+04:00)

AzNews.az Daily Mail-ə istinadən xəbər verir ki, qadın sərnişin ABŞ-ın Nyuark şəhərindən Parisə uçmalı imiş. Uçuşdan öncə reysin nömrəsi dəyişdiyindən Lüsi səhv təyyarəyə minib.

Uçuşdan əvvəl xəbərdarlıq ingilis dilində edilib, Lüsi isə bu dili anlamır. Onun ana dili olan fransız dilində isə xəbərdarlıq edilməyib. Şirkət mail vasitəsilə də məlumat yollamayıb.

Lüsi təyyarəyə minərkən onun yerinin artıq tutulduğunu görüb. Stüardessaya müraciət etdikdə isə, onu sadəcə başqa yerdə əyləşdiriblər. Nəticədə qadın başqa şəhərə uçub.

Lüsi doğma şəhəri Parisə uçmaq üçün 28 saatını göydə keçirməli olub.

United Airlines bu səhvini düzəltmək üçün Parisə uçuşun bütün xərclərini qarşılayıb.