Ancelina Coli malikanə aldı, Bred Pittin evinin yaxınlığında (Foto)

9 May 2017 23:26 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, 41 yaşlı aktrisa Los-Ancelesdə ən bahalı villalardan birini alıb. Yeni malikanə isə Bred Pittin yaşadığı evdən 3 kilometr uzaqdı.

Malikanədə 6 yataq otağı, 10 hamam otağı, kitabxana, idman zalı və hovuz var. Coli evə 25 milyon dollar pul xərcləyib.

Bu xəbərdən sonra bir çox sosial şəbəkə istifadəçisi cütlüyün barışacağını yazıblar. Digərləri isə Ancelinanın bunu Bredin uşaqlarla rahat görüşməsi üçün etdiyini düşünürlər.