"Heydər Əliyev öz adını tarixə yazıb"- Vahid Əhmədov

10 May 2017 10:58 (UTC+04:00)

Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib. Onun sözlərinə görə, Heydər Əliyev öz adını tarixə yazıb:

“İstər 1969-cu il, istər 1982-ci il, istərsə də 1993- 2003-cü illər olsun, bu müddətdə Heydər Əliyev Azərbaycanda çox böyük işlər görüb. Sovet dövründə Azərbaycanda müəyyən yenidənqurma işləri yaradıb, zavod-fabriklər açıb və kənd təsərrüfatına diqqəti artırıb. Heydər Əliyev Azərbaycanın müstəqilliyinin qorunub saxanmasında əməyi olub. Xüsusi ilə də 1994-cü il 20 sentyabrda “Əsrin Kontraktı”nın imzalanmasına nail olub. Bunun da nəticəsində Azərbaycan 26 ildir ki, müstəqil dövlət kimi fəaliyyət göstərir.”

Vahid Əhmədov hesab edib ki, Heydər Əliyevin uğurlu siyasətini Prezident İlham Əliyev davam etdirir.

Bahar Rüstəmli

AzNews.az