Sürücü maşınını təmir edən çilingəri öldürdü

10 May 2017 12:23 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, mayın 9-da Şabran rayonu ərazisindəki avtomobillərin təmiri sexlərindən birində Dəvəçi kənd sakini Məmməd Məmmədov "VAZ-21099" markalı avtomobilini itələyərkən ehtiyatsızlıqdan orada çilingər işləyən Vüqar Əlverdiyevi divara sıxıb və nəticədə usta hadisə yerində ölüb.