Kriminal dəstə zərərsizləşdirildi

7 Fevral 2013 13:22 (UTC+04:00)



Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən daha bir kriminal dəstənin zərərsizləşdirilməsi istiqamətində Tərtər rayonunda uğurlu əməliyyat tədbiri keçirilib. Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, nəticədə sözügedən dəstə üzvlərindən Yevlax rayonunda yaşayan Mahmud Rüstəmov, Bakı şəhər sakinləri Araz Fərəcov, Məhəmməd Quliyev və Turlan Məmmədov saxlanılıb.

Araşdırmalar zamanı həmin şəxslərin paytaxt ərazisində yerləşən müxtəlif barlarda vətəndaşlara qarşı zor tətbiq edərək xuliqanlıq əməlləri, qəsdən sağlamlığa ağır zərər vurma və digər ağır cinayətlər törətdiklərinə görə axtarışda olmaları müəyyənləşdirilib. Dəstənin digər üzvlərinin də tapılıb-tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

AzNews.az