Yeni doğulan uşaq çəkisinə görə rekord qırdı- 7,39 kiloqram

10 May 2017 15:32 (UTC+04:00)

AzNews.az dünya mətbuatına istinadən xəbər verir ki, Louver Hutt şəhərində bir qadın 3 saatlıq əməliyyat nəticəsində 7,39 kiloqram çəkidə uşaq dünyaya gətirib. Uşağı boyu da normadan iki dəfə çox, 57 santimetrdir.

Adı açıqlanmayan valideynlərin bundan əvvəl də dünyaya gələn uşaqlarının çəkisi o qədər də az olmayıb- 5,4 kiloqram.