İki ayağından əlil olan piyada "KAMaz"ın altında can verdi - Video

10 May 2017 16:42 (UTC+04:00)

Ağır qəzanın görüntüləri yayıldı


ARB TV xəbər verir ki, qəza rayonun Həzi Aslanov küçəsində qeydə alınıb.

Kürdəmir rayon sakini 63 yaşlı Sergey Pənahov idarə etdiyi "KAMaz" markalı avtomobillə yolu keçən şəhər sakini, iki ayağından əlil olan 47 yaşlı Şahin Əliyarovu vurub. Ağır bədən xəsarətləri alan piyada ətrafdakı insanların köməyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Göstərilən tibbi yardımlara baxmayaraq, piyada orada ölüb.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.

AzNews.az