İslamiadanın açılış və bağlanış günlərində elektrik qatarlarının hərəkət - Cədvəli

11 May 2017 10:22 (UTC+04:00)

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən AzNews.az-a verilən məlumata görə, Tədbirlər Planına əsasən, IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış günlərində, həmçinin həmin mərasimlərin təşkili üzrə məşq (sınaq) tədbirləri günlərində saat 18.00-da saat 01.00-a qədər biletli tamaşaçıların, qonaqların, habelə müvafiq qaydada akkreditasiyadan keçmiş şəxslərin Bakı sərnişin stansiyasından Bakı Metropoliteninin “Koroğlu” stansiyasına qədər “KİSS” markalı ikimərtəbəli elektrik qatarları ilə ödənişsiz daşınması təmin ediləcək.

Bakı - 2017 IV İslam Həmrəyliyi Oyunlarının 12.05.2017-ci il tarixində açılış və 22.05.2017-ci il tarixində bağlanış mərasimi günlərində Bakı sərnişin stansiyası və “Koroğlu” dayanacağı arasında “KİSS” markalı elektrik qatarları aşağıdakı cədvəl üzrə hərəkət edəcəklər: