Oğul atasının evindən oğurluq etdi - 2500 manatlıq

11 May 2017 12:54 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, mayın 8-nə keçən gecə Cəlilabad rayonunda yaşayan Əfqan İsmayılovun evindən 2500 manat dəyərində qızıl əşyalar oğurlanıb.

Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən görülən tədbirlərlə qızıl əşyaların onun oğlu Adəməli tərəfindən oğurlanması müəyyən edilib.