Xalq artistində daha bir xəstəlik aşkarlanıb

11 May 2017 14:28 (UTC+04:00)

Bakı Sağlamlıq Mərkəzindən AzNews.az-a verilən məlumata görə, aktyor özünü yaxşı hiss edir.

Aktyorun sənət yoldaşları isə Rəfael Dadaşovun kəskin ürək və böyrək ağrılarından əziyyət çəkdiyini bildiriblər:

“Rəfael iki dəfə ürəyindən əməliyyat keçirib. Ürəyi ona imkan vermir. Amma həkimlər bu dəfə ona böyrəyində də problemlərin olduğunu deyiblər. Müayinədən keçməlidir.”

Xalq artisti Rəfael Dadaşovun bir neçə gün bundan əvvəl vəziyyəti pisləşib. Ürək ağrılarından əziyyət çəkən aktyor Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib.

Bahar RÜSTƏMLİ

AzNews.az