London küçələrində Azərbaycan nömrəli “Porsche” - Video

11 May 2017 14:35 (UTC+04:00)

AzNews.az Avtosfer.az-a istinadən xəbər verir ki, London küçələrində çəkilən bu videoda üzərində Azərbaycana məxsus dövlət nömrə nişanlı bahalı avtomobil əks olunub. 90 HO 505 dövlət nömrə nişanlı “Porsche”nin kimə məxsus olduğu bilinməsə də, onun dayandığı küçədə kifayət qədər bahalı olan maşınlar da var. Onlardan biri də qırmızı “Ferrari”dir.

Avtomobilin sahibinin yüksək rütbəli məmur oğlu olduğu bildirilir. Sürücünün adı Asif Əsədzadədir.

Həmin videonu təqdim edirik: