Trend-in məlumatına görə, bu mərhələnin son oyununda buna qədər bütün matçlarda qələbə qazanan Azərbaycan və Türkiyə yığmaları qarşılaşıblar.
Həlledici oyunda türkiyəli idmançıların müqavimətini qıran həndbolçularımız 27: 22 hesablı qələbə qazanaraq qrup birincisi kimi yarımfinala yüksəliblər.
Yarımfinalda Azərbaycan Özbəkistan, Türkiyə isə Kamerunla üz-üzə gələcək.
Yarımfinal görüşləri mayın 13-də keçiriləcək.
Qeyd edək ki, açılış günü mayın 12-də baş tutacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla, 20 idman növü üzrə keçiriləcək.
AzNews.az