Millimiz İslamiadada ilk qələbəsini qazandı - Foto

11 May 2017 21:21 (UTC+04:00)

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, "Bayıl Arena”da “A” qrupunun ikinci turu çərçivəsində millimiz Səudiyyə Ərəbistanı yığması ilə üz-üzə gəlib.

Qarşılıqlı hücumlar şəraitində keçən görüşün ilk hissəsində hesab açılmayıb.

İkinci hissəyə daha fəal başlayan millimiz 67-ci dəqiqədə Elşən Abdullayevin qolu ilə azarkeşləri sevindirib. Görüşün 80-ci dəqiqəsində Ağabala Ramazanov ikinci topu rəqib qapısından keçirib. Komandalar hücuma keçsələr də, hesab dəyişməyib. Oyun 2:0 hesabı ilə Azərbaycan millisinin xeyrinə başa çatıb.