Almalarımıza görə Ermənistanda məmurlar həbs edildi

11 May 2017 22:33 (UTC+04:00)

AzNews.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Xüsusi İstintaq Xidmətinin mətbuat xidməti bildirib.

Belə ki, DGK-nin buraxılışdan öncəki nəzarət idarəsinin Baqrataşen şöbəsinin gömrük müfəttişi və həmin şöbənin növbə rəisi rüşvət almaqda ittiham olunurlar. Cinayət işi ölkəyə kənd təsərrüfatı məhsullarının qeyri-qanuni idxalı və bununla da dövlətə dəymiş külli miqdarda ziyana görə başlanıb. Məlumatda belə deyilir.

Qeyd olunur ki. sözügedən məmurlar bir sıra fərdi sahibkarlardan rüşvət alaraq, onların ölkə ərazisinə qeyri-qanuni şəkildə meyvə və tərəvəz idxalına şərait yaradıblar. Bunların arasında yol verilən normadan (50 kq) artıq gətirilmiş Azərbaycan almaları da var. Sonradan bu məhsullar heç bir bəyannamə olmadan yerli bazarda satılıb.

İttiham irəli sürülmüş şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.