Yerli ərik və şaftalı bazara çıxdı - 6 manat (Video)

11 May 2017 23:34 (UTC+04:00)

AzNews.az Xezerxeber-ə istinadən xəbər verir ki, yerli məhsulların bazarda payının artması ilə meyvə tərəvəz ucuzlaşıb.

Qiyməti ən çox düşən məhsullar çiyələk, alça və almadır. Əriklə gilas bəzi rayonlarda tam yetişmədiyindən qiymətləri 1 kiloqramı 2 manat 50 qəpik, 6 manat arası dəyişir. Mövsümi meyvələrin hamısından almaq üçün ortalama 20 -30 manat kifayət edir.

Satıcılar qiymətlərin enməsinin əsas səbəbinin bu il yerli məhsulun bol olması ilə əlaqələndirirlər. Bir neçə günə bəzi meyvələrin bazarlara çıxması ilə qiymətlərin daha da enəcəyi gözlənilir.