5 klubumuz əsrin ən yaxşıları arasında

7 Fevral 2013 15:46 (UTC+04:00)



Apasport.az saytının məlumatına görə, əsrin arxada qalan 12 ilinin ən yaxşı klublarının cədvəlində 1001 komanda yer alıb.

İFFHS-in siyahısında Azərbaycanın 5 klubu yer alıb. Ən yaxşı Azərbaycan klubu olan "Neftçi" 512,5 xalla planerin 529-cu komandasıdır. "Qarabağ" (462,5) 615-ci, "Bakı" (375,5) 765-ci, "İnter" (354) 805-ci, "Xəzər Lənkəran" (344) 839-cu yerdə qərarlaşıb.

Azərbaycan futbolçularının legioner həyatı yaşadığı komandaların bəziləri də 1001 ən yaxşı arasına düşüb. Rail Məlikov və Arif İsayevin şərəfini qoruduğu Türkiyə "Dənizlispor"u 592,5 xalla 415-cidir. Onlar hətta "Neftçi"dən də öndədirlər. Cihan Özkaranın çıxış etdiyi "Sivasspor" 447 xalla 643-cü pillədədir. Vüqar Əsgərovun oyandığı Latviya "Metallurq" 774 xalla 268-ci pillədə yer alıb.

İFFHS-in cədvəlinə isə İspaniya "Barselona"sı başçılıq edir – 3224 xal. İngiltərə təmsilçisi "Mançester Yunayted" (2987) 2-ci, İspaniya "Real"ı (2828) 3-cü pillədədir.

AzNews.az