Bakıda Neft şirkətinin əməkdaşı intihar etdi - Özünü 16-cı mərtəbədən atdı + Yenilənib 2

12 May 2017 10:56 (UTC+04:00)

Lent.az xəbər verir ki, Xətai rayonu Telnov küçəsində yerləşən çoxmərtəbəli binada yaşayan 1987-ci il təvəllüdlü Əsədov Əldən xalid oğlu özünü 16-cı mərtəbənin eyvanından atıb. O, hadisə yerindəcə ölüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

09:28

***

Polisdən APA-ya həmçinin bildirilib ki, E. Əsədov Dövlət Neft Şirkətinin Neft-Qaz Tikinti Trestində quraşdırıcı işləyib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

10:28

***

Bakı şəhərinin Xətai rayonunda baş vermiş dəhşətli intihar hadisəsi ilə bağlı bəzi məqamlar aydınlaşıb.

Lent.az xəbər verir ki, Telnov küçəsindəki çoxmərtəbəli binanın 16-cı mərtəbəsindən özünü atan 30 yaşlı Elgün Əsədov SOCAR-ın mühəndisi olub. O, ailəli, 1 uşaq atası olub.

Bildirilir ki, Pirallahı rayonunda qeydiyyatda olan E.Əsədov bir müddət əvvəl Xətai rayonunda 16-cı mərtəbədə mənzil alıb və ailəsi ilə burada yaşayıb. Hadisə vaxtı isə onun ailəsi rayonda olub. Elgün bacısı ilə mənzildə olarkən qəfil pəncərəyə tərəf gedib və özünü atıb.

30 yaşlı E.Əsədovun bacısı deyib ki, qışqırıq səsi eşidib və eyvana doğru qaçıb. Bu zaman dəhşətli hadisənin şahidi olub.

Maraqlıdır ki, E.Əsədov intihar etməzdən əvvəl feysbuk səhifəsində ölüm anonsu verib. Onun statusunu və bəzi fotolarını təqdim edirik.

AzNews.az