Ədalət Şükürov oğurluq etdi- VİDEO

12 May 2017 10:02 (UTC+04:00)

AzNews.az xəbər verir ki, müğənni yol kənarında qarğıdalı satan yaşlı kişinin yuxuya getməsini görüb ona yaxınlaşır və masanın üstündə qarğıdalı qabıqlarını oğurlayıb.

Sənətçinin bu hərəkəti isə sosial şəbəkədə ictimai qınağa səbəb olub. İzləyicilərin bəziləri onun bu hərəkətini zarafat hesab etsə də, bəziləri "düşüklük" kimi qiymətləndirib:

“Əgər bir nümunəvi ifaçı bu cür düşüklük edirsə, başqasından nə gözləyəsən? Sizi bütün xalq izləyir. Ayıbdır, bir az şəxsiyyətinizə hörmət edin. Etdiyiniz o hərəkətlə gündəmdə qala bilməzsinz.”

Bahar RÜSTƏMLİ

AzNews.az