Ögey xalasını öldürən şəxsə hökm oxundu - 20 il həbs

12 May 2017 12:59 (UTC+04:00)

APA-nın məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, R. Əbilov 20 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il iyul ayının 22-də Sumqayıt şəhərində R. Əbilov ögey xalası Gülyaz Musayevanı xüsusi amansızlıqla öldürüb və evindən 800 manat pul və bir ədəd kompüter aparıb.

AzNews.az