Azərbaycan atçılığının zəngin tarixi Vindzora qayıdır - Foto

12 May 2017 18:18 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet

dünyanın ən məşhur mahir atçılarından biridir. İlk atı ona dörd yaşında hədiyyə ediblər. Altı yaşında isə miniciliyə başlayıb. Beləliklə, Kraliçanın 87 il misilsiz minicilik təcrübəsi var. O, Cins At Yetişdirənlər Assosiasiyasına himayə edir.

Dünyada atçılığın, atların əhilləşdirildiyi ilk regionlardan biri də Azərbaycandır. Azərbaycan xalqının dünya atçılığına bəxş etdiyi, xüsusi cins olan Qarabağ atları yaxşı xasiyyəti, sədaqəti, gücü və sürəti ilə tanınırlar. Bu növ atlardan qədim Azərbaycan oyunu olan, polodan əvvəl yaranmış, çovqan oyununda da istifadə olunur. Bu oyun UNESCO-nun bəşəriyyətin qeyri-maddi mədəni irsi siyahısına daxil edilib. Kraliça II Elizabetə 1956-cı ildə hədiyyə edilən “Zaman” ləqəbli Qarabağ atı London qəsrinə gətirilmiş ilk Azərbaycan cinsi kimi tarixə düşüb. Təəssüf ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində onun vətəni işğal edilmişdir. Hazırda atlar Ağdam At Zavodunda yetişdirilir. Qarabağ atları təhlükə altında olan at cinsi sayılır.

2016-cı ildə Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə Azərbaycan xalqının dünya atçılığına bəxş etdiyi, xüsusi cins olan Qarabağ atları Britaniya Kraliçası II Elizabetin 90 illik yubiley tədbirlərində möhtəşəm şou proqramla təmsil olunmuşdur. Builki tədbir 10–14 may tarixlərində keçirilir.

Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter: “Kral tədbiri ilə əlaqəli olmaq hər zaman qürurverici bir haldır. Vindzor At Şousu Kral Ailəsi və Britaniya ictimaiyyətinin ən çox sevdiyi tədbirlərdəndir. Böyük Britaniyada atçılıq ənənələri Azərbaycandakı qədər qədimdir və hər il keçirilən bu tədbir həmin ortaq məhəbbəti nümayiş etdirməyə imkan yaradır.”