“Yazıçını bu qədər əzmək düzgün deyil“ - ETİRAZ

7 Fevral 2013 16:38 (UTC+04:00)
"Əkrəm Əylisliyə bu qədər təzyiqlərin olması ilə razılaşmıram". Şair Musa Yaqub fevralın 7-də "Media forum" saytına belə deyib.

O bildirib ki, bir əsərə görə yazıçını bu qədər əzmək düzgün deyil: "Əsərlə bağlı Əkrəm Əylisliyə öz fikirlərimi bildirmişəm. Amma ona bu qədər təzyiqin olmasını düzgün hesab etmirəm. "Daş yuxular" bədii əsərdir. Düzdür, əsərdə adamı qıcıqlandıran, bizi narazı salan hissələr var. Amma Əkrəm Əylisliyə qarşı bu qədər mübarizə aparmaq, onu əzmək, "Xalq yazıçısı" adını onun əlindən almaq yaxşı deyil. Bu qədər zülm, təzyiq etmək olmaz.

Əsər yazıçı işidir. Yazıçıya müəyyən vaxt vermək lazımdır ki, yazını nə məqsədlə, nə üçün yazdığı aydın olsun. İlk növbədə isə insandır və heç bir insana bu qədər təzyiq etmək olmaz".

AzNews.az