Rövşən Lənkəranski barədə ən son məlumatlar - VİDEO

7 Fevral 2013 19:18 (UTC+04:00)



Artıq bir neçə gündür ki, tanınmış azərbaycanlı "qanuni oğru" Rövşən Caniyevin (Lənkəranski) ölüm xəbərləri yayılır. Onun Türkiyədə öldürüldüyü bildirilirdi. Ancaq bu gün "qanuni oğru"nun sağ olması ilə bağlı iki ayrı-ayrı xəbərlər yayıldı. Birinci xəbər - Rövşən Canıyevin qardaşının açıqlaması. O, gün.az-a deyib ki, qardaşının ölüm xəbəri tamamilə yalandır, ona heç bir sui-qəsd olmayıb, sağdır və hazırda Dubayda istirahət edir:

"Bu məlumatların hamısı səhvdir. Mənim qardaşım sağdır, bir neçə saat əvvəl onunla telefonla danışmışam. O, Türkiyədə olmayıb və hazırda BƏƏ-də istirahət edir və heç kim ona qarşı sui-qəsd etməyib. Mətbuatda oxuduqlarımız bizi məyus edir. Onun anasının, uşaqlarının və qohumlarının bu xəbərləri oxuyacağını nə üçün heç kim fikirləşmir? Ümumiyyətlə, niyə görə səhv məlumat yazırlar?!". Ded Xasanın ölümündə onun əli yoxdur. Rövşənin Aslan Usoyanın ölümünə heç bir aidiyyəti yoxdur və bu hörmətli adamlara yaxşı məlumdur. Hamısı polisin uydurmasıdır. Görünür, bunda müəyyən məqsədlər var və vəziyyəti qəsdən gərginləşdirirlər. Rövşənin Rufo Gəncinski ləqəbli tanışı Rüfət Nəsibovun ölümünü də onlar uydurublar. Guya onu evinin qarşısında güllələyiblər və cəsədini də harasa aparıblar. O, sağ-salamatdır".

İkinci xəbəri isə Rusiya mətbuatı yaydı.
Ren TV kanalı, onun yaşaması ilə bağlı "facebook"da yazılan statusu yayımladı. AzNews.az həmin sujeti təqdim edir: