MTN-də agentura şəbəkəsinə ayrılan pulun miqdarı açıqlanıb

13 May 2017 10:43 (UTC+04:00)

Apa-nın xəbərinə görə, bu haqda MTN-in Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işinin materiallarında qeyd edilib.

Antiterror Mərkəzində əməliyyat xərcləri maddəsi ilə ayrılmış vəsaitlərin xərclənməsinə dair arayışdan görünür ki, 2011-2015-ci ilin hər 10 ayı ərzində əməliyyat xərcləri üzrə nəzərdə tutulmuş “9-cu maddə” üzrə Antterror Mərkəzinə 8.319.533.45 AZN, 2.033.467 ABŞ dolları və 450.570 avro məbləğində pul vəsaiti verilib.

Qeyd olunur ki, Əks- Kəşfıyyat Əməliyyatları işi üzrə cəmi 5.148.735 AZN və 1.358.500 ABŞ dolları pul vəsaitinin mənimsənildiyini qənaətinə gəlinib.

MTN-in Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işinə Bakı Hərbi Məhkəməsində baxılır. Onlar bir sıra cinayətlərdə ittiham olunurlar.

AzNews.az