“Kimə 50 milyon versələr, anadangəlmə çılpaq çəkilər” – Pişik Günel (VİDEO)

13 May 2017 12:44 (UTC+04:00)

Maraqlı açıqlamaları ilə diqqət çəkən sənətçi, ilk olaraq açıq-saçıq şəkillərindən söz açıb:

“Bəli. Mənim başqa səhvim yoxdur Allaha şükür olsun ki. Yəni olur da. Əvvəllər bir az tam başqa idi. Düzdü, bəziləri kimi mənim elə də çılpaq şəkilim yoxdur. Cəmi 2-3 dənə. Əslində açıq-saçıq deyil. İndi şəhərdə gəzirsən, maşallah hamı çılpaq gəzir. Amma əslində fikirləşirəm ki, olmuyardı. Tək o deyil. Keçmişdə elə bir addımlar atmışa ki, bu günkü gündə kəşkələrim çoxdur. Düşünürəm ki, kaş mən anama qulaq asardım, dinləsəydim bəlkə fərqli olardı”.

Müğənni daha sonra “50 milyon versələr soyunaram” başlığı altında verdiyi müsahibəyə açıqlama gətirib:

“Bu çoxdan olmuş müsahibədir. Əslində mən bu cür müsahibə verməmişəm. Sadəcə neçə illər öncə mənə belə bir sual veriblər ki, “50 milyon”. Mən deməmişəm bunu edərəm. Demişəm ki, kimə 50 milyon versələr anadangəlmə çılpaq çəkilər. Real da. Götür 50 milyonu get Mayamidə ev al kef elə, yaşa”