"Söz vermişəm, Vətənim üçün qızıl medal qazanacağam"- Azərbaycanlı karateçi

13 May 2017 13:10 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu sözləri trend-ə müsahibəsində Bakı - 2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində finala çıxan Azərbaycan karateçisi İlahə Qasımova deyib.

O deyib: "Minimum gümüş medalı qazanmışam, Lakin söz vermişəm ki, Vətənim üçün qızıl medal qazanacağam.

İ.Qasımova bildirib ki, həmişə doğma divarlar arasında daha yaxşı çıxış edir:

"İndoneziyalı idmançı ilə görüş nisbətən ağır oldu. Daha sonra İordaniya təmsilçisini məğlub etdim. Mən həmişə Vətənimdə yaxşı çıxış edirəm".

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.