Məhkəmə zalından qaçan şəxs tutulub

13 May 2017 17:05 (UTC+04:00)

Bu barədə Trend-ə Şəmkir rayon prokurorluğundan məlumat verilib.

Bildirilir ki, Şəmkir rayon prokurorluğunda istintaq edilən cinayət işi üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Eşqin Murtuzov mayın 12-də saat 17:30 radələrində istintaq hərəkətinin icra edildiyi yerdən mühafizə altından qaçaraq oranı özbaşına qanunsuz tərk edib.

Rayon polis şöbəsi və prokurorluq əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində E.Murtuzovun rayonun Seyfəli kəndi ərazisində gizləndiyi yer müəyyənləşdirilib və tutularaq istintaqa cəlb olunub.

AzNews.az