Torpaq üstündə kütləvi dava - Xəsarət alanlar var

13 May 2017 17:16 (UTC+04:00)

"Report"un Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun İmamverdilər kəndində torpaq üstündə qeydə alınıb.

Belə ki, kənd sakini Rasim Əliyev ona məxsus pay torpağın həmkəndliləri tərəfindən qeyri-qanuni zəbt edilməsi barədə adiyyəti qurumlara müraciət edib. Bu səbəbdən də bələdiyyə sədri və kənd sakinləri arasında mübahisə yaranıb. Mübahisə sonradan bələdiyyə sədri Əfqan Bəşirov, onun qardaşı Anar Bəşirov və torpağı qeyri-qanuni yolla zəbt edən Bəhrəm Nofər və Mübariz Abdullayev qardaşları ilə ərazinin qanuni sahibi olan Rasim Əliyev, qardaşı Vüqar Əliyev və əmisi oğlu Rafiq Tağıyev arasında kütləvi davaya çevrilib. Nəticədə bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az