Cüdoçularımız qızıl medal qazandı - Yenilənib

13 May 2017 19:20 (UTC+04:00)

Trend-in məlumatına görə, qadın cüdoçuların mübarizəsində tatami üzərinə 48 kq çəki dərəcəsində iki Azərbaycan təmsilçisi Aişə Qurbanlı və Erdenebat Bazarraqça çıxıb.

Gərkin keçən mübarizədə Erdenebat Bazarraqça qalib gələrək qızıl medala sahib olub. Aişə Qurbanlı isə gümüş medalla kifayətlənib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

18:16

***

Bu gün IV İslam Hərməyliyi Oyunları çərçivəsində cüdo yarışlarının qalibləri məlum olub.

AzNews.az xəbər verir ki, Azərbaycan cüdoçusu Nicat Şıxəlizadə İslamiadanın qızıl medalını qazanıb. 60 kq çəki dərəcəsində yarışan Orxan Səfərov da Türkiyəli rəqibini son saniyələrdə ipponla yenərək, qızıl medala sahib olub.

AzNews.